“Qəbələ” Nigeriya millisinin sabiq futbolçusunu transfer edib

11 Avqust 2025 19:09 (UTC+04:00)

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Futbolçu son olaraq Nigeriya Premyer Liqasında “Kanemi Uorriors” komandasının formasını geyinib. Salihu, həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.