Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər

11 Avqust 2025 17:41 (UTC+04:00)

Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər. SİA xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnində qeyd edilir.

Bildirilib ki, tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyətdaxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlımaraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.