"Gürcüstan Prezidenti Mikheil Kavelaşvili Türkiyəyə səfər edəcək"

11 Avqust 2025 16:49 (UTC+04:00)

Türkiyə Prezidentinin dəvəti ilə Gürcüstan Prezidenti Mikheil Kavelaşvili 12-13 avqust tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhaneddin Duran sosial media hesabında məlumat verib.

Duran bildirib ki, səfər çərçivəsində strateji tərəfdaş olan Gürcüstanla əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar, həmçinin aktual regional və qlobal məsələlər müzakirə olunacaq.