“Səbail” qapıçı transfer edib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Əzizli ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, daha əvvəl də paytaxt təmsilçisində forma geyinmiş qolkiper ötən mövsümü “Sumqayıt”da keçirib.