"Zirə"nin "Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibie uzun müddətə sıradan çıxıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vingerin diz bağları qopub. Əməliyyat olacaq oyunlçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.