Azərbaycanı Braziliyada keçiriləcək uşu üzrə böyüklər arasında dünya çempionatında təmsil edəcək idmançılar müəyyənləşib. Bu barədə SİA-ya Uşu Federasiyasından məlumat verilib.
Yarışda məşqçi Elçin Eminovun rəhbərliyi altında Orxan Hətəmov (52 kq), Amin Əlilli (60 kq), Həmzə Rəsulzadə (65 kq), Nicat Kisiyev (70 kq) və Elvin Abbasov (85 kq) iştirak edəcəklər.
Qeyd edək ki, dünya çempionatı avqustun 31-dən sentyabrın 7-dək keçiriləcək.