“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində!

11 Avqust 2025 11:29 (UTC+04:00)

8 avqustda ABŞ-də baş tutan görüş zamanı “X” sosial şəbəkəsində “Azerbaijan” və “Ilham Aliyev” həştəqləri ilə çoxsaylı paylaşımlar edilib. Hər iki həştəq bir sıra ölkələrdə trend siyahısına yüksəlib. SİA xəbər verir ki, bununla yanaşı, "Azerbaijan" adı altında paylaşımlar sosial mediada dünya miqyasında xəbər kateqoriyasında ikinci yeri tutub.