Gəncə şəhərində 3 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA-nın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rüstəmov, qardaşı R.Rüstəmov və E.Məmmədova kəsicis-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 30 yaşlı Fərmənd Cənaqərd Məhəmməd Cavad Əziz saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.