Türkiyənin "Qalatasaray" klubu futbolçusu Alvaro Morato ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
32 yaşlı hücumçunun icarə müqaviləsinə qarşılıqlı razılıq razılıq əsasında xitam verilib. Forvardın məxsus olduğu İtaliyanın "Milan" klubu "sarı-qırmızılar"a 5 milyon avro ödəyəcək. Bundan əlavə, oyunçu alacağı 651 min 562 avrodan da imtina edib.
Qeyd edək ki, Alvaro Morata bu ilin fevralında "Qalatasaray"a keçib. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.