Qvatemala sahilində güclü zəlzələ baş verib

10 Avqust 2025 01:54 (UTC+04:00)

Qvatemala sahilində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 202 min nəfər əhalisi olan Tapaçuladan (Meksika) 155 km cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.