Qəbələdə yanğın törədən şəxslər müəyyən edilib

9 Avqust 2025 23:29 (UTC+04:00)

Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb.

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.