Tramp sosial mediasında 20-dən çox paylaşım edib...

9 Avqust 2025 20:50 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasındakı səhifəsində son sutka ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri, görüşlər, imzalanmış sənədlər və çıxışlarla bağlı 20-yə yaxın paylaşım edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu müddətdə o, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını 2 dəfə səhifəsinə yerləşdirib.

Donald Trampın “Truth” sosial mediasındakı səhifəsinin 10 milyondan çox izləyicisi var. ABŞ lideri vacib açıqlama və bəyanatlarını bu hesab vasitəsi ilə elan edir.