Gədəbəydə 82 yaşlı kişi yıxılaraq ölüb

9 Avqust 2025 17:10 (UTC+04:00)

Gədəbəydə 82 yaşlı kişi pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması alıb. SİA-nın məlumatına görə, o, Gədəbəy rayon sakini - 1943-cü il təvəllüdlü A.Alıyevdir.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.