"Azərreyl" klubu yeni transferini açıqlayıb

9 Avqust 2025 14:34 (UTC+04:00)

"Azərreyl" voleybol klubu yeni transferini açıqlayıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Asiyət Abuyeva komandaya cəlb olunub.

Voleybolçu ilə müqavilənin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.