Göyçayda zəlzələ olub

9 Avqust 2025 11:34 (UTC+04:00)

İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb. Bu barədə SİA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.