Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, 1960-cı il təvəllüdlü Nazim Əli oğlu Tağıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Asif Loğman oğlu Osmanovun idarə etdiyi “Honda CVR” markalı avtomobillər toqquşub.
Nəticədə “Honda” markalı avtomobildə olan sərnişin Xuraman Cəfərqulu qızı Xəlilova ölüb, digər iki sərnişin - Xalid Soltanməcid oğlu Xəlilov və İlahə Sehran qızı Xəlilova isə yaralı vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına daxil olub.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.