ABŞ-də universitetində atışma olub

9 Avqust 2025 05:33 (UTC+04:00)

ABŞ-nin Corciya ştatının Emori Universitetində atışma olub. SİA xəbər verir ki, bu barədə təhsil ocağının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

"Emoridə fövqəladə vəziyyət: Emori-Atlanta şəhərciyində atışma. Bu ərazidən uzaq olun. Təhlükəsiz yerə sığının", - məlumatda deyilir.

Hadisə yerində polis əməkdaşları işləyir.