Rusiyalı müğənnini Qriqori Leps həbs oluna bilər

9 Avqust 2025 03:42 (UTC+04:00)

Rusiyalı müğənni Qriqori Leps konserti zamanı səhnəyə qaçan yeniyetməni itələdiyi və təhqir etdiyi videogörüntülərə görə məsuliyyətə cəlb olunacaq. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bəzi mənbəələr hadisənin 2020-ci ildə Türkiyədə baş vediyini bildirsə də, bəziləri isə xoşagəlməz hadisənin bu yay Soçidəki konsertdəyaşandığını iddia edib.

Müğənninin vəkilinin sözlərinə görə, iş cərimə və ya həbslə nəticələnə bilər. "Şikayət hadisədən sonra 6 ay ərzində verilməlidir, ümumi məhdudiyyət müddəti 2 ilə qədərdir. Buna görə də, əgər hər şey 2020-ci ildə baş veribsə, cəzalandırma ehtimalı azdır" deyə vəkil əlavə edib.