Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər - Tramp

9 Avqust 2025 00:15 (UTC+04:00)

Çoxlu vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və bunların hamısı uğursuz oldu. SİA-nın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı deyib.

“Nəhayət, bu, bu gün başa çatacaq”, - o deyib.