Tramp Azərbaycan və Ermənistanın sülhə nail olacağına əmindir...

9 Avqust 2025 00:01 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olacağına əmindir.

SİA-nın məlumatına görə, o, bunu Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə jurnalistlərə deyib.

“Mən tam əminəm”, - deyə Tramp jurnalistin onun fikrincə, iki ölkə arasında sülhün uzunmüddətli olub-olmayacağı ilə bağlı sualına cavab verib.

O, Azərbaycanla Ermənistan arasında “xristianların müdafiəsi” ilə bağlı sazişin planlaşdırılıb-qazanmaması ilə bağlı suala cavab verməyib.

Əli Babayev