Rumıniya hakimiyyəti Rusiyanın hibrid müharibəsinin bir hissəsi kimi OMV Petrom neft emalı zavoduna tədarük edilən külli miqdarda Azərbaycan neftini qəsdən çirkləndirməsi ssenarisini nəzərdən keçirir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rumıniyanın G4Media portalı mənbələrdən məlumat verib, ...Azərbaycandan gələn neft partiyası üzvi xloridlərlə çirklənib. G4Media-nın məlumatına görə, xlorun konsentrasiyası Rumıniya neft emalı zavoduna ciddi ziyan vuracaq qədər yüksək olub.
Neftin çirklənməsi Rusiyanın neft kəmərinin uzunluğu 1700 km-dən çox olan hissəsində (Bakı-Tbilisi-Ceyhan. – A.B.) nisbətən sadə təxribat əməliyyatı vasitəsilə həyata keçirilə bilər.
Bunu G4Media mənbələrə istinadən yazır.
Rumıniyanın Energetika Nazirliyi Azərbaycan nefti ilə bağlı problemlər barədə OMV Petrom şirkətinə məlumat verib.
Əli Babayev