BMT TŞ təcili iclas keçirəcək

8 Avqust 2025 21:26 (UTC+04:00)

Avqustun 9-da bir neçə ölkənin müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə bildirib.

Görüşün sabah axşam saatlarında baş tutacağı qeyd olunub.