İran sakini, 58 yaşlı Kulsum Akbari 11 əri öldürməkdə şübhəli bilinir.
SİA xəbər verir ki, bu barədə “Baza” “Al Arabiya”ya istinadən məlumat yayıb.
Qeyd olunur ki, Əkbəri 2023-cü ilin sentyabrında 82 yaşlı ərinin qəribə ölümündən sonra saxlanılıb.
...İstintaq zamanı o, 11 qətl törətdiyini etiraf edib. Əkbəri qəsdən tənha, qoca və xəstə, lakin imkanlı kişilərlə evləndiyini bildirib. Naməlum şəxslər ona belə tərəfdaşlar tapmağa kömək ediblər, - mətndə deyilir.
Əkbəri əvvəlcə birinci ərini sənaye spirti ilə zəhərləyib, sonra isə onu boğub.
Sonrakı həyat yoldaşları ilə qadın daha diqqətli davranmağa başladı: o, hipertoniya və ya təzyiq həblərini içkilərdə həll etdi, dozanı tədricən artırdı.
Əkbərinin 2001-ci ildən 2023-cü ilə qədər 18 birgə yaşadığı və 19 rəsmi nikahı olduğu məlumdur. Onun bütün ərləri vəfat edib, ona görə də müstəntiqlər hesab edirlər ki, “qara dul” onun dediyindən daha çox qurbanlar alıb.
Nazlı Almuradova