"Neftçi" İqor Ribeyronu təqdim edib

8 Avqust 2025 13:59 (UTC+04:00)

"Neftçi" İqor Ribeyronun transferini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

"5" nömrəli formanı geyinəcək futbolçu artıq komanda ilə məşqlərə də qoşulub.