DGK sədrinin Naxçıvanda vətəndaş qəbulunun tarixi dəyişib

8 Avqust 2025 12:38 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun Naxçıvan şəhərində vətəndaşların qəbulunun tarixi dəyişilib. SİA-nın məlumatına görə, onun Naxçıvanda avqustun 29-na nəzərdə tutulmuş vətəndaş qəbulu avqustun 14-nə keçirilib.

Ş.Bağırov avqustun 14-ü saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.