Bakı metrosunda doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - YENİLƏNİB 3

8 Avqust 2025 12:36 (UTC+04:00)

Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək. SİA xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.

"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", -o bildirib.