Yaponiyada 122 min nəfər təxliyə edildi

8 Avqust 2025 12:04 (UTC+04:00)

Yaponiyanın Kirasima şəhərində güclü yağışlar səbəbindən 122 mindən çox insan təxliyə edilib. SİA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edək ki, əhali üçün "fövqəladə təhlükəsizlik" yazısı ilə ən yüksək evakuasiya səviyyəsi avqustun 8-i səhər elan edilib. Buna səbəb yarım gün ərzində şəhərin bəzi ərazilərində bir ay yarımlıq yağıntının düşməsi olub.

Sinoptiklərin məlumatına görə, Kirasimada tufan və leysan yağışları avqustun 10-u bazar gününə kimi davam edə bilər. Hazırda təbii fəlakət nəticəsində iki nəfərin xəsarət aldığı məlum olub.

Xatırladaq ki, avqustun əvvəlində Kabardin-Balkariyanın Tırnıauz şəhərində seldən sonra 300-dən çox insan təxliyə edilib.