Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır

8 Avqust 2025 12:00 (UTC+04:00)

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədqiqatlar qurumun təşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin, "Letgen Biotechnology" və "Bayramlı Group" şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dair genişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsinin genetik irsinin qorunması, onların genom miqyasında struktur və funksional variasiyalarının identifikasiyası, marker-assosiativ seleksiya sistemlərinin qurulması və genetik resursların uzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasında yerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri götürüb, fenotip qiymətləndirmə aparıb.

Götülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsinin hazırlanması, Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS) sistemlərinin tətbiqi, Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya səmərəliliyinin yüksəldilməsi, Genetik məlumatların elektron baza (genobank) formasında qorunması və Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.) inteqrasiyası olaraq müəyyən edilib.

Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin mühüm genetik məlumatlar elektron verilənlər bazasında yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq proqramları təkmilləşdiriləcəkdir.

Layihə təkcə elmi araşdırmalar baxımından deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunması baxımından strateji əhəmiyyət daşıyır.