"Gəncə" voleybol klubu heyətinə yeni oyunçu cəlb edib. Bu barədə SİA-ya bölgə təmsilçisindən məlumat verilib.
Əhyaxanım Fərzullayeva ilə müqavilə imzalanıb.
Ötən mövsümü "Murov Az Terminal" klubunda keçirən voleybolçu karyerası ərzində "Milli Aviasiya Akademiyası"nın da formasını geyinib.