Skuter sürücüləri velosiped zolağı və ya yolun sağ tərəfi ilə hərəkət etməlidirlər

8 Avqust 2025 11:55 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “1 sual – 1 cavab” maarifləndirici rubrikasında bu dəfə vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında skuterlərdən istifadə qaydaları mövzusu gündəmə gətirilib. Bu barədə SİA-ya BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən, skuter sürücüləri yalnız velosiped zolağı mövcuddursa həmin zolaqla, əks halda isə yolun sağ tərəfi ilə hərəkət etməlidirlər.