ABŞ İranla əlaqəsi olan 18 şəxs və təşkilata qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada siyahıya maliyyə və İT şirkətlərinin daxil olduğu və bu təşkilatlardan birinin “İran təhlükəsizlik qüvvələrinə ictimai internetə girişi məhdudlaşdırmağa imkan verdiyi” qeyd edilib.
Bəyanatda həmçinin bildirilir ki, ABŞ İranın “sanksiyalardan yan keçmək və qeyri-qanuni yolla əldə edilmiş xarici gəlirləri geri qaytarmaq” səylərinə qarşı mübarizə aparacaq.