Ağdərə rayonunda meşədə yanğının söndürülməsinə helikopter cəlb olunub. SİA-nın məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib və yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsinə keçib.
Ona görə də əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.