Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunda çıxış edən hücumçu Kriştiano Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq görüşündə het-trik edib. SİA xəbər verir ki, portuqaliyalı 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib. Forvard üçüncü qolu penaltidən vurub.
Ronaldo bu mövsüm ərzində iki yoldaşlıq oyununda 4 qol vurub, o cümlədən iyulun 30-da Fransanın Tuluza komandası ilə yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gəlib.
"Əl-Nasr" - "Rio Ave" matçı 4:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı fransalı müdafiəçi Mohamed Simakan açıb.