Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir

8 Avqust 2025 02:13 (UTC+04:00)

Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası gözlənilir. SİA xəbər verir ki, bu barədə Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Belə ki, ən güclü maqnit qasırğası avqustun 8-də gözlənilir.

Məlumatda bildirilir ki, avqustun 5-də baş verən böyük günəş partlayışından sonra Yerin maqnit sahəsinə təsir gözləniləndən daha güclü ola bilər.

Alimlər bu hadisənin planetimiz üçün təhlükə yaratmadığı qənaətinə gəliblər.

Bununla belə, Yer üçün geomaqnit nəticələri gözləniləndən qat-qat güclü olacaq. Bundan sonra Yer buludun yüksəksürətli nüvəsindən təsirlənəcək. Bunun nəticəsində maqnit sahəsinə güclü zərbə dəyəcək.