Konfrans Liqası: Türkiyə klublarından səfər qələbəsi

8 Avqust 2025 01:19 (UTC+04:00)

Türkiyənin UEFA Konfrans Liqasındakı təmsilçiləri "Beşiktaş" və "Başakşəhər" III təsnifat mərhələsində ilk oyunlarını keçiriblər. SİA xəbər verir ki, hər iki komanda səfər matçına çıxıb.

"Beşiktaş" İrlandiyada "Sent-Patriks"ə 4:1, "Başakşəhər" isə Norveçdə "Vikinq"ə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 14-də keçiriləcək.