Konfrans Liqası: “Sabah” Bolqarıstan klubuna son dəqiqə qolu ilə uduzub

8 Avqust 2025 00:07 (UTC+04:00)

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxıb. SİA xəbər verir ki, Bakı klubu Bolqarıstanda “Levski” kollektivinin qonağı olub.

Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş sonuncu - 8-ci dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Bakıda keçiriləcək.