ABŞ Ayın ərazisini ilk işğal edən olmaq istəyir...

7 Avqust 2025 20:35 (UTC+04:00)

NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi bildirib ki, ABŞ-ın Ayda əlverişli ərazini ilk işğal etmək, yaşayış, əlverişli baza yaratmaq üçün AES-ə ehtiyacı var.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rus saytları yazıb.

Administratorun sözlərinə görə, ABŞ və Çin Ayın inkişafı üçün enerjiyə ehtiyac duyulan yarışda iştirak edirlər.

...Ayın müəyyən hissəsi var ki, hamının bildiyi kimi, ən yaxşısıdır. Orada buz var. Orada günəş işığı var. Biz əvvəlcə oraya çatmaq və Amerika üçün həmin ərazini tutmaq istəyirik.

Bunu NASA Administratorunun səlahiyyətlərini icra edən deyib.

O, əlavə edib ki, Ayda atom elektrik stansiyasının tikintisi Marsın inkişafı perspektivləri üçün vacibdir.

Daha əvvəl “Politico” qəzeti mövcud sənədlərə istinadən xəbər vermişdi ki, ABŞ Rusiya və Çinin planlarına cavab olaraq Ayda ilk atom elektrik stansiyası tikməyi planlaşdırır.

Əli Babayev