Trampın sosial şəbəkəsinin tərəfdaşı...

7 Avqust 2025 20:24 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsinin sahibi olan "Trump Media" süni intellektə əsaslanan yeni axtarış sistemini sınaqdan keçirməyə başlayıb. Press-relizdən məlum olduğu kimi, Truth Search süni intellekt Perplexity ilə birgə yaradılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə officelife saytında qeyd edilib. Süni intellekt axtarışı hazırda veb saytında beta versiyada mövcuddur.

Tezliklə iOS və Android üçün mobil proqramlara əlavə olunacaq. Müqavilənin digər təfərrüatları və maliyyə şərtləri hələlik məlum deyil.

Xatırladaq ki, belaruslu Denis Yarats və onun ABŞ-dakı tərəfdaşları tərəfindən təsis edilmiş “Perplexity” startapı 2024-cü ilin sonunda ən bahalı gənc startaplardan biri olub.

O, bir müddət əvvəl 18 milyard dollar dəyərində qiymətləndirilib.

Əli Babayev