Amazon-un qurucusu Ceff Bezos və həyat yoldaşı Laurene Sançez Bezos toylarını Avropada keçirdikləri bal ayını qeyd etməyə davam edirlər.
Cütlük İspaniyanın İbiza şəhərində rəqs meydançasında görüntüləniblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.
Videoda 61 yaşlı Bezos ritmlə hərəkət edir, 55 yaşlı Sançes yaxınlıqda möhtəşəm rəqs edir, ombalarını silkələyir və qollarını yelləyir.
Laurene səyahətlərinin anlarını fəal şəkildə bölüşür: o, klub musiqisi ilə okeanın gecə mənzərəsini əks etdirən bir video yerləşdirdi və ada ətrafında gəzinti zamanı dağ keçiləri ilə qarşılaşmasını göstərdi.
İyunun 27-də Venesiyanın San Giorgio Maggiore adasında baş tutan dəbdəbəli toydan sonra cütlük İbisanı ziyarət edib. Rəsmi mərasimə məşhurlar dəvət olunub: Opra Uinfri, Leonardo Di Kaprio, Tom Bredi, Bill Qeyts və başqaları. Toydan sonra qonaqlara səhər saatlarına qədər davam edən pijama gecəsi verilib.
Cütlük daha sonra romantik bir Avropa qaçışı üçün Venesiyadan ayrılıb.
İyulun 23-də onlar Saint-Tropezdə dəbdəbəli gəzinti edərkən görüntüləniblər.
Bezos və Sançez ilk dəfə 2019-cu ildə ictimai cütlük oldular. Onlar bir sıra layihələrdə əməkdaşlığa başladılar və zaman keçdikcə aralarında münasibət yarandı. 2023-cü ilin may ayında Bezos Fransanın cənubunda tətildə olarkən Sançesə evlilik təklifi etdi...
Nazlı Almuradova