Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

7 Avqust 2025 14:37 (UTC+04:00)

Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 5 800 manat ödəniləcək.

Xatırladaq ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 26 may 2023-cü il tarixli fərmanı ilə yaradılıb.