Azərbaycanın 18 yaşadək qadın basketbolçulardan ibarət millisinin üzvü Ela Nur Gökçöl Türkiyədə əməliyyat edilib. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
İdmançı "Qalatasaray” basketbol klubunun həkimi Sinan Üstündağ tərəfindən əməliyyat olunub.
Qeyd edək ki, basketbolçu bu yay Litvada baş tutmuş Avropa çempionatında zədələnmişdi.