Sumqayıtda velosipeddən yıxılan 63 yaşlı kişi ölüb

7 Avqust 2025 13:37 (UTC+04:00)

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, 1962-ci il təvəllüdlü şəhər sakini Qəfərov Zeynal Səhlədar oğlu Sumqayıtçay qəsəbəsi ərazisində - Bakı-Quba yolunun 30-cu kilometrində hərəkətdə olarkən idarə etdiyi velosipeddən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.