Yabanı halda bitmiş 2 tona yaxın çətənə kolu məhv edilib

7 Avqust 2025 12:25 (UTC+04:00)

Polis əməkdaşlarının avqustun 6-da keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,6 tondan artıq çəkidə 3 min 573 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.