Atıcılıq üzrə Azərbaycan millisinin üzvü 27 yaşında dünyasını dəyişib

7 Avqust 2025 12:21 (UTC+04:00)

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Mirismayıl Həbibov dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı idmançı uzun müddətdir səhhətində yaranan ciddi problemlərlə mübarizə aparırdı.