"Mən Putinlə tezliklə görüşə bilərəm" - Tramp

7 Avqust 2025 10:49 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüşdə Rusiya-Ukrayna prosesini dəyərləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda başa çatması arzusunu dilə gətirib və Moskvada danışıqların çox məhsuldar keçdiyini bəyan edib.

Putinlə tezliklə görüşmək ehtimalı ilə bağlı suala Tramp belə cavab verib: "Bəli, bunun baş vermə ehtimalı çox yüksəkdir. Biz hələ hara qərar verməmişik. Bu, uzun bir yoldur, lakin görüşün çox tezliklə baş tutması şansı yüksəkdir".

Tramp həmçinin Putinin mövqeyindən məyus olduğunu bildirib.