Azərbaycan klubu daha bir legioner futbolçu transfer edib

7 Avqust 2025 10:13 (UTC+04:00)

"Karvan Yevlax" klubu növbəti transferini həyata keçirib. Bu barədə SİA bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Portuqaliyalı yarımmüdafiəçi Vitor Roşa ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanjoanense” klubunda forma geyinib.