Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

7 Avqust 2025 09:55 (UTC+04:00)

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. SİA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.