Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb - YENİLƏNİB

6 Avqust 2025 11:41 (UTC+04:00)

Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.