Ötən gün 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

6 Avqust 2025 11:27 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 5-də ümumi çəkisi 13,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1350 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.