“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb

6 Avqust 2025 10:35 (UTC+04:00)

“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, A.Şuaybu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi. O, “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.